BACISI DA ƏLİ XAMENEYİYƏ QARŞI ÇIXDI

BACISI DA ƏLİ XAMENEYİYƏ QARŞI ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün iranlı analar kimi mən də övladımdan uzaq olmağın kədərini yaşayıram. Qardaşım İran xalqının səsini eşitmir. O, öz ətrafındakıların dediklərini İran xalqının səsi kimi qəbul edir.

Tribuna.az xəbər verir ki, bu fikirləri Əli Xameneyinin bacısı Bədri Xameneyi səsləndirib. O açıqlamasında Əli Xameneyi və onun avtoritar idarəetməsini tənqid edib:

“Qardaşımın əməllərinə haqq qazandırmamaqla yanaşı, Xomeyni dövründən tutmuş indiki İran rejiminin cinayətlərinə görə gözüyaşlı qalan bütün analara başsağlığı verirəm. Bütün iranlı analar kimi mən də övladımdan uzaq olmağın kədərini yaşayıram. Rejim qızım Fəridə Muradxanini zorakılıqla həbs edirsə, deməli başqalarının məzlum oğul və qızlarına min qat artıq zorakılıq tətbiq edir”.
O bildirib ki, qardaşının siyasətindən narazıdır:

“Ruhullah Xomeyni və Əli Xameneinin rəhbərliyi İran xalqına əzab və problemdən başqa heç nə verməyib. Qardaşımın siyasətindən narazıyam”.
Bildirək ki, İranda 2 aya yaxındır vətəndaşlar rejimə qarşı etirazlar aksiyaları keçirirlər. Etirazçılar İslam rejimi altında yaşamaq istəmədiklərini bildirirlər.
Nigar