330/110/10 kV-luq “Naxçıvan” yarımstansiyasının tikilməsi işlərinə 113 674 879 AZN sərf olunacaq.
Tribuna.az Pravda.az-a istinadən xəbər verir ki, vəsaiti Baba Rzayevin rəhbərlik etdiyi “Azərenerji” ASC ayırıb.
İcraçı isə “Azconstruction” QSC-dir. Təranə Tahir qızı Əliyevanın rəhbərlik etdiyi QSC-nin Nizamnamə kapitalı 2 000 AZN-dir.









