“AZSIĞORTA”NIN “BAKUBUS”A QARŞI QALDIRDIĞI İDDİA ƏSASSIZ ÇIXDI… ASC MƏHKƏMƏYƏ VERİLİR…

“AZSIĞORTA”NIN “BAKUBUS”A QARŞI QALDIRDIĞI İDDİA ƏSASSIZ ÇIXDI… ASC MƏHKƏMƏYƏ VERİLİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azsığorta” “BakuBus”un 2017-ci ildə tam ödədiyi sığorta ödənişini 2023-cü ildə yenidən ödəməsini tələb edir.

Tribuna.az xəbər verir ki, 22 iyun 2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azsığorta” ASC-nin ödədiyi 5860 manat sığorta ödənişini, subroqasiya qaydasında “BakuBus” MMC-dən tutulmasından ötrü Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

“BakuBus” məbləğin 860 (səkkiz yüz altmış) manatını 19.02.2016-cı il tarixində, 5000 (beş min) manatını isə 19.01.2017-ci il tarixində rəsmi qaydada “Azsığorta” ASC-nin bank hesabına köçürüb.

Buna baxmayaraq, “Azsığorta” ASC-də şöbələr arasında əlaqələr kifayət qədər yaxşı olmadığından və işə qeyri-peşəkar yanaşmalar nəticəsində ASC 2023-cü ildə eyni iş üzrə yenidən məhkəməyə müraciət edib.

“BakuBus”-dan bildirilib ki, bununla bağlı “Azsığorta” ASC-yə məlumat verilib:

“Ümid edirik ki, qısa zaman ərzində əsassız iddialarını geri çəkmələri üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edərlər. Əks təqdirdə “BakuBus” MMC-nin iş güzar nüfuzuna xələl gətirdiklərinə görə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir”.

Tribuna.az