Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.
Tribuna.az xəbər verir ki, Vüqar Əliyev bundan əvvəl Azərbaycanın Birinci vitse-prezidentinin katibliyində çalışıb.
Həmçinin daha əvvəllər AZƏRTAC-ın ingilis dilli şöbəsində fəaliyyət göstərib. Daha sonra isə siyasət bölməsində məsul vəzifədə çalışıb.
Nigar









