Abşeron Gənclər Şəhərciyinin həyətini “Azərsu” işçiləri bərbad günə qoyaraq gedib.
Bu barədə Tribuna.az-a şəhərciyin sakinləri məılumat verib. Bildiriblər ki, məhəllədəki su borususunda problem yaranıb, boru deşilib. Problemi həll etmək üçün əraziyə “Azərsu” əməkdaşları çağırılıb.
İşçilər problem həll etmək üçün qəza baş vermiş yeri qazıb. Problem qismən və müvəqqəti həll edildikdən sonra isə işçilər ərazini dağılmış və qazılmış şəkildə qoyaraq gediblər.
Sakinlər bildirib ki, bir həftədən çoxdur ki, yol qazılmış formadadır:
“Nə gedib gəlmək olur, nə də zibil atmaq. Yağış yağanda palçıq olur. Yol qazıldığında əraziyə zibil maşını da girə bilmir. Şəhərciyin ətrafı ifunət iyi verir. Nə zaman təmir olunacağı da bir müəmmadır”.
Nigar













