AZƏRİQAZ, ABONENTLƏR ƏZİYYƏT ÇƏKİR – ŞİKAYƏT

AZƏRİQAZ, ABONENTLƏR ƏZİYYƏT ÇƏKİR – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz İB, zəhmət olmasa, əməkdaşlarınızı sayğaclarla bağlı mütəmadi məlumatlandırın”.
Tribuna. Az xəbər verir ki, bu sözləri jurnalist Real Cəfərli öz sosial şəbəkə hesabında yazıb.
” Abonentləriniz əziyyət çəkir. Təsəvvür edin, sayğac koda düşəndə onun yenidən işə salınmasını düzgün izah edə bilmirlər.

Əgər qonşunun yardımı olmasaydı, noyabrın 8-də olduğu kimi, noyabrın 9-da da qazsız qalacaqdıq. Çünki Azəriqaz İB-nin Xırdalan şöbəsi ötən gün saat 14:00-dək işləyirdi. Adi bir şeyi düzgün izah etməmək get-gələ, xeyli vaxt itkisinə səbəb olacaqdı. Onsuz da sayğacın koda düşməsi məni ziyana saldı. Halbuki həmin vəsaitə sayğaca qaz yükləyə bilərdim. Şükür yaxşı qurtardım”, – paylaşımda deyilir.