“Azercell” mobil operator şirkəti ilə İqtisadiyyat Nazirliyi arasında məhkəmə çəkişməsi başlayır. Tribuna.az xəbər verir ki, şirkət nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia irəli sürüb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar yaranmış mübahisələr və bu kimi digər məsələlərdir.
“Azercell” iddia edir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurum hərəkətsizlik edib və öhtədəsinə düşən vəzifəni layiqincə yerinə yetirə bilməyib.
Bakı İnzibati Məhkəməsi hakimi Aysev Almazovanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesi 23 yanvar tarixinə, saat 09:50-yə təyin edilib.
Tribuna.az









