AZƏRBAYCANLA ERMƏNİSTANIN SAVAŞIN BİR ADDIMINDA – HƏYƏCANLI PROQNOZLAR GƏLİR…

AZƏRBAYCANLA ERMƏNİSTANIN SAVAŞIN BİR ADDIMINDA – HƏYƏCANLI PROQNOZLAR GƏLİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşünmürəm ki, münaqişə olacaq. Olsa da onun miqyası bizim 2020-ci ildə gördüyümüz müharibədən kiçik olacaq. İlham Əliyev yeni tammiqyaslı münaqişədə maraqlı deyil. Yəqin ki, o, istədiklərini danışıqlarda ala bilməsə, Ermənistana təzyiqlər edəcək.

Tribuna.az bildirir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində “Karnegie” Fondunun aparıcı analitiki, region üzrə tanınmış ekspert Tomas de Vaal deyib.

O qeyd edib ki, məziyyət indi daha mürəkkəbdir:

“Əlbəttə, indi orda baş verənlər çox ciddi hadisələrdir və mən qorxuram ki, 2023 çox gərgin, ağır il olsun. Mən ümid edirəm ki, yeni münaqişə olmayacaq, amma nə qədər ki, ciddi danışıqlar getmir, 2020-ci ilin noyabr bəyanatı faktiki olaraq yerinə yetirilmir orada hazırda yeni münaqişənin simptomları mövcuddur”.

“Niyə Rusiya vəziyyətə müdaxilə etmir” sualına Tomas de Vaal belə cavab verib:

“Bu çox əsaslı sualdır. Mənim bu suala cavabım yoxdur. Rusiyanın bütün hərbi, iqtisadi və siyasi resursları Ukraynaya yönəldilib. Əlbəttə, sülhməramlı missiya Qarabağda qalsa da, o elə də güclü deyil, bir il bundan əvvəl olduğu qədər peşəkar da deyil. Səbəblərdən biri də budur ki, Moskva uzun illərdir həm Bakının, həm də İrəvanın dəstəyinə və onlarla yaxşı münasibətlərə ümid edib. İkinci bir faktor budur ki, onlar Azərbaycanı qıcıqlandırmaq istəmirlər.

Amma Moskvanın başqa marağı da var. Moskva istəyir ki, sülhməramlı missiya Qarabağda daha uzun müddətə, 2025-ci ildən sonra da qalsın.

Bakı bu qənaətdədir ki, Ruben Vardanyan Kremlin layihəsi, Putinin adamıdır. Mən belə hesab etmirəm, amma bu fikirlə razıyam ki, Vardanyanın Qarabağa gəlişi danışıqlar prosesini son dərəcə mürəkkəbləşdirib”.