Azərbaycanda “Subaru”nun satışını həyata keçirən şirkət məhkəməyə verildi

Azərbaycanda “Subaru”nun satışını həyata keçirən şirkət məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Subaru” markalı avtomobillərin satışını həyata keçirən şirkət məhkəməyə verilib. 
Qaynarinfo-nun məlumatına görə, “Subaru Azərbaycan” şirkəti gömrük qaydaları əleyhinə olan inzibati xətalar məcəlləsinin 485.2-ci maddəsinin pozulmasına görə cərimələnib.
İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. Qeyd edək ki, 485.2-ci maddəyə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Subaru Azərbaycan” 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 3 700 020 manatdır və qanuni təmsilçisi Elçin Əsədov Qamət oğludur.