AZƏRBAYCANDA KRİPTOVALYUTA HAQQINDA QANUN NİYƏ YOXDUR?

AZƏRBAYCANDA KRİPTOVALYUTA HAQQINDA QANUN NİYƏ YOXDUR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda blokçeyn texnologiyası və kriptovalyuta anlayışları hüquqi sahədə yenidir və bu baxımdan bu sahəni tənzimləyən birbaşa normativ akt (qanun, Nazirlər Kabinetinin qərarı, sərəncam və ya qaydalar) yoxdur. Ancaq sözügedən qanuna ehtiyacın olması məlumdur. Mövzu ilə bağlı TİA. Az– a danışan vəkil Hüseyn İsmayılov bildirib ki, bu sahəni tənzimləyən qanunvericilik layihələrinin müzakirəsi başlanmalıdır:
“Kriptovalyutalar və blokçeyn texnologiyası müasir dövrün ən populyar texnoloji yeniliklərindən biridir. Bu texnologiya yalnız ödənişlər üzrə deyil artıq iqtisadiyyatın digər sahələrinə, o cümlədən sənaye, səhiyyə, maliyyə, elektron hökumət sahələrinə də tətbiq olunmağa başlayıb.


Ödənişlər üzrə isə BƏƏ, Sinqapur, Avstraliya, Hindistan, İrlandiya kimi bir sıra dövlətlər banklararası əməliyyatlarını blokçeyn üzərindən aparılması istiqamətində işlər görürlər. Bu onu göstərir ki, gələcəkdə bütün banklararası əməliyyatlar daha sürətli, effektiv, təhlükəsiz və ucuz şəkildə blokçeyn platforması üzərindən aparılacaq.
Azərbaycanda maliyyə-bank sektorunda vaxtaşırı yenilənmələr və tənzimləmələr həyata keçirilir. Hesab edirəm, kriptovalyuta və blokçeyn texnologiyasına münasibətdə Azərbaycan maliyyə qanunvericiliyi bir qədər ehtiyyatlı davranır. Əslində bu sahədə dünya üzrə trendləri, təcrübələri izləyib sonra tənzimləmə mexanizmləri qurmaq daha məqsədəuyğundur, lakin mümkün qədər də gecikməmək lazımıdır. Çünki yaxın gələcəkdə bu texnologiya istər-istəməz şəxslərlə banklar və digər maliyyə qurumları, eyni zamanda dövlət idarələri arasında yeni münasibətlər formalaşdırmağa başlayacaqdır ki, bu sahədə dünya ölkələrindən geri qalmamaq üçün ən azı indidən hazırlıq işləri görülməli, bu sahəni tənzimləyən qanunvericilik layihələrinin müzakirəsi başlanmalıdır. Qeyd edim ki, bu sahədə daha çox Mərkəzi Bankın və Dövlət Vergi Xidmətinin maliyyə bazarlarına nəzarət mexanizimi çərçivəsində yeni yanaşmalarına ehtiyac yaranacaqdır”.

TİA. Az