Ölkədə ətin qiyməti ucuzlaşıb.
Tribuna.az xəbər verir ki, mal ətinin qiyməti 40 qəpik ucuzlaşıb. Əvvəl kilosu 13,70 manat olan sümüklü dana əti indi 13,30 AZN-dir.Quzu ətinin qiyməti isə bahalaşıb. Hazırda bəzi yerlərdə kilosu 16 manata təklif edilən quzu əti, bir çox yerlərdə 19-20 manata satılır.
Quzu ətinin bahalaşmasının bu məhsula tələbatın artmasıyla əlaqələndirirlər.
Həmçinin son 3 gündə rayondan Bakıya xırdabuynuzlu heyvanların gətirilməməsinin də qiymətə təsir etdiyi deyilir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb.
Tribuna.az









