Azərbaycanda əri tərəfindən qətlə yetirilən qadın vəzifəli şəxs imiş

Azərbaycanda əri tərəfindən qətlə yetirilən qadın vəzifəli şəxs imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün saat 09:40 radələrində Tərtər rayon sakini 1981-ci il təvəllüdlü Gülnar Məmmədova qətlə yetirilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, əri tərəfindən qətlə yetirilən Məmmədova Gülnar Etibar qızı Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsində baş məsləhətçi kimi çalışırmış.

Həmçinin, qətlə yetirilən G. Məmmədova Tərtər Rayon Icra Hakimiyyətinin rəsmisi Tunarə Məmmədzadənin bibisidir.