Azərbaycanda bu şəxslər təhsil haqlarından azad oluna bilər

Azərbaycanda bu şəxslər təhsil haqlarından azad oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda şəhid ailələrinin övladları təhsil haqlarından azad olunublar. Yaxşı olar ki, bir sıra güzəştlər müharibə veteranlarının övladlarına da şamil edilsin”.
TİA.AZ xəbər verir ki, Milli Məclisin iclasında deputat Aqiyə Naxçıvanlı belə təkliflə çıxış edib.

“Müharibə veteranlarının övladları tam olmasa da, müəyyən qədər təhsil haqlarından azad edilməlidir”, – deyə Aqiyə Naxçıvanlı bildirib.
Millət vəkili onu da təklif edib ki, müharibə veteranlarına güzəştli ipotekalarla mənzil almaq hüququ verilməlidir.