AZƏRBAYCAN XRİSTİANLARI AYAĞA QALXDI – ERMƏNİ ÇİRKİNLİYİNƏ ETİRAZ…

AZƏRBAYCAN XRİSTİANLARI AYAĞA QALXDI – ERMƏNİ ÇİRKİNLİYİNƏ ETİRAZ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icma rəhbərləri Ermənistan hökumətinin özbaşınalıqlarına etiraz olaraq bəyanat yayıblar.

Tribuna.az xəbər verir ki,postmüharibə dövründə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora və təbii ehtiyatların qanunsuz istismarına dinc etiraz aksiyası ilə əlaqədar Ermənistanın siyasi və dini rəhbərliyinin beynəlxalq ictimai fikri çaşdırmaq, yanlış istiqamətdə yönləndirmək məqsədilə apardığı təbliğat kampaniyasına qəti etiraz əlaməti olaraq bəyanat hazırlayıblar.

Bəyanatda protestant xristian dini icmalarının rəsmiləri rəhbəri olduqları icmaların azad iradəsini ifadə etdikləri bildirilib:

“Biz, Azərbaycanda fəaliyyət protestant xristian dini icmalarının rəhbərləri bu bəyanatımızla dünya birliyini, beynəlxalq təşkilatları, nəhayət, ikili standartlardan əl çəkərək həqiqəti görməyə, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağa, onun suveren ərazisində separatizmə dəstək verməyə deyil, son qoyulmasına yardımçı olmağa, Uca Tanrının hamımıza bəxş etdiyi təbii sərvətlərin talanmasına və törədilən ekoloji cinayətlərə qarşı birgə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq!”.

Tribuna.az