“Azərbaycan və Türkiyə komandaları paracüdo üzrə dünya çempionatının finalına baş məşqçisiz çıxıb”
Tribuna. Az xəbər verir ki, bu barədə idman jurnalisti Sənan Şəfizadə bildirib. Onun sözlərinə görə, adətən məşqçilər rəqibə qarşı məsləhətlər verir: “Yəni qardaşa qarşı başqa söhbət ola bilməz. İdmançılar məşqçisiz mübarizə aparır”.
Qeyd edək ki, Heydər Əliyev İdman Konsert Kompleksində keçirilən çempionatda 41 ölkədən 250-dək paracüdoçu mübarizə aparırdı.









