AZƏRBAYCAN – RUSİYA MÜNASİBƏTLƏRİNİN NÖVBƏTİ MƏRHƏLƏSİ HAQQINDA- POLİTOLOQDAN AÇIQLAMA

AZƏRBAYCAN – RUSİYA MÜNASİBƏTLƏRİNİN NÖVBƏTİ MƏRHƏLƏSİ HAQQINDA- POLİTOLOQDAN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Rusiya arasinda bu ilin fevralına qədər olan münasibətlər strateji tərəfdaşlıq ampulasında olub, bu ilin fevralında imzalanmış müqavilədən sonra isə münasibətlər keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etməyə başlayıb”
Bunu Azərbaycan – Rusiya münasibətləri haqqında TİA. Az-a danışan politoloq Elşən Manafov deyib.
Məhz Rusiyanın moderatorluğu sahəsində 2020-ci ilin 27 sentyabrında münaqişə tərəfləri arasında başlanmış olan hərbi əməliyyatlar dayandırılmış, atəşkəs barədə üç tərəfli razılıq əldə edilmişdir. Hazırda Rusiyanin və AB-nin vasitəçiliyi ilə gedən danışıqlarda bölgədə nəqliyyat kommunikasiya xətlərinin açılması, dövlət sərhədlərinin demarkasiyası, nəhayət münasibətlərdəki gərginliyə son qoya biləcək sülh ətrafında danışıqlar müzakirə predmetidir. Rusiyanin siyasi rəhbərliyinin bu məsələdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı amillərin vacibliyini vurğulaması Ermənistanla perspektiv münasibətlərimizin gələcək müqəddəratının müəyyən edilməsində müstəsna əhəmiyyət kəsb edir. Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmaqla Azərbaycan həm də müasir dövrun qlobal çağırışlarından birinə münasibət sərgiləmiş oldu, bəzi məlum geosiyasi güc mərkəzlərinin dünyanın bir qütbdən idarə olunmasının yolverilməz olduğuna münasibət bildirildi. Azərbaycan-Rusiya münasibətlərində bu qarşılıqlı anlaşma, faydalı əməkdaşlıq, münasibətlərin qarşılıqlı mənfəət prinsipləri üzərində qurulması təbii ki, Ermənistan siyasi istibleşmentinin, onun millətçi dairələrinin, erməni lobbisi və diasporasının ürəyincə deyil və Rusiya ilə münasibətlərimizdə çatın yaranması üçün müxtəlif vasitələrə əl atırlar. Baş vermiş olay da Ermənistan, onun KİV lərinin Azərbaycana qarşı apardığı informasiya müharibəsinin tərkib hissəsidir. ORT dövlət tərəfindən maliyyələşdirilən telekanal olsa da, ictimai kanaldir və Rusiya cəmiyyətinin müxtəlif təbəqələrinin ictimai siyasi baxışlarını işıqlandırmağa məsuldur. Nikonova gəlincə o Dövlət Dumasında məsul vəzifə tutmaqla bahəm verilişdə iştirak edən müxtəlif tərəflərin öz fikirlərini izhar etməyə imkan yaratmağa məsul tərəfdir. Rusiya KİV lərinə isə erməni diasporasinin təsir imkanlari bəllidir. Moskvadakı səfirliyimiz baş vermiş olaya münasibət bildirməkdə haqlı olmaqla yanaşı, bu kimi televiziya kanallarındakı verilişlərin mövzu və materiallarına azərbaycanlı iş adamlarının və dövlətin dəstəyi ilə lobbiçilik fəaliyyətini gücləndirməsi daha məqsədəuyğundur”,-politoloq bildirib.
Aytac Sahəd

TİA. Az