Azərbaycan Premyer Liqasında mövsümün sonuncu dövrəsi başlayır

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu dövrəsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu dövrəsinə start veriləcək.
İlk oyun günündə bir görüş keçiriləcək. “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
İki komanda indiyədək ölkə çempionatında üç dəfə üz-üzə gəlib. Bu oyunların birində “Turan Tovuz”, digərində “Sumqayıt” qələbə qazanıb. Qalan bir oyun heç-heçə nəticələnib. Topların nisbətində də bərabərlik var – 2:2. “Turan Tovuz” son iki oyunda qol vurub. Meydan sahibi olan komanda uduzmayıb.
Azərbaycan Premyer Liqası, 28-ci tur
 
31 mart
 
15:30. “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
VAR hakimləri: İnqilab Məmmədov, Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu.
 
“Qarabağ” – 71, “Sabah” – 62, “Neftçi” – 56, “Zirə” – 37, “Qəbələ” – 36, “Turan Tovuz” – 28, “Kəpəz” – 22, “Sumqayıt” – 21, “Şamaxı” – 20, “Səbail” – 18