Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, turun ilk qarşılaşması Qəbələdə baş tutacaq. Bölgənin eyniadlı təmsilçisi “Neftçi”ni qəbul edəcək.
Komandalar indiyədək ölkə çempionatında 57 dəfə üz-üzə gəlib. Bunların 27-də paytaxt klubu, 17-də qəbələlilər qələbə qazanıb. Qalan 13 görüşdə tərəflər meydandan 1 xalla ayrılıb. Topların nisbətində “Neftçi”nin üstünlüyü nəzərə çarpır – 86:67. “Neftçi” son 2 matçda iki qol vurub və qalib gəlib. “Qəbələ” son 5 ev oyununda rəqib qapısına yol tapıb.
Azərbaycan Premyer Liqası, 22-ci tur
10 fevral (cümə)
15:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Akif Əmrəli, Zöhrab Abbasov, Tural Qurbanov
VAR hakimləri: Rauf Cabarov, Namiq Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu.
“Qarabağ” – 57, “Sabah” – 52, “Neftçi” – 44, “Zirə” – 32, “Qəbələ” – 27, “Turan Tovuz” – 20, “Şamaxı” – 16, “Sumqayıt” – 15, “Kəpəz” – 14, “Səbail” – 13









