Ağır atletika üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağını yandırdığı üçün polisə aparılan və barəsində xuliqanlıq maddəsi ilə cinayət işinin başlandığı bildirilən erməni gecə yarısı sərbəst buraxılıb.
Bununla bağlı barbarlıq nümayiş etdirən dizayner Aram Nikolyanın vəkili Aleksandr Koçubayev açıqlama verib.
Yayılan kadrlardan görünür ki, ermənilər beynəlxalq yarışlarda barbar əməlini bütün dünyaya nümayiş etdirən Nikolyanı az qala “qəhrəman” kimi qarşılayıblar.
Qeyd edək ki, sözügedən tədbirdə baş nazir Nikol Paşinyan da iştirak edirdi. /Musavat.com









