“Azərbaycan Silahlı Qüvvələri Xankəndi-Turşu torpaq yolu ilə irəlilədikdən sonra öz mövqelərini genişləndirməyə və möhkəmləndirməyə başlayıb”.
Bakupost.az “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan bildirib.
Onun sözlərinə görə, cəbhənin uzunluğu bir neçə on kilometr təşkil edib:
“Elə istiqamətlər var idi ki, onlar irəliləyə bilmədilər, lakin Azərbaycan 5-6 yerdə daha əlverişli mövqelərə çıxmaq imkanı əldə etdi”, – deyə Abramyan Facebook səhifəsində yazıb.
Erməni deputatın sözlərinə görə, Azərbaycan Qarabağda kommunikasiyalara nəzarəti gücləndirir və gələcəkdə hansı istiqamətlərdə hərəkət edəcəyini müəyyənləşdirir.









