AZAL-ın Bakıdan Naxçıvana uçan təyyarəsi geri qayıtmalı olub

AZAL-ın Bakıdan Naxçıvana uçan təyyarəsi geri qayıtmalı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib ki, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.