AZAD RƏHİMOVUN KEÇMİŞ MÜAVİNİNƏ YENİ VƏZİFƏ VERİLDİ – ÖZƏL

AZAD RƏHİMOVUN KEÇMİŞ MÜAVİNİNƏ YENİ VƏZİFƏ VERİLDİ – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və idman nazirinin sabiq müavini İntiqam Babayev yeni təyinat alıb. Bu gün vəzifəsindən alınan keçmiş nazir müavini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinə müavin təyin olunub. Bu barədə Tribuna.az-a məlumat verilib. O, buna qədər Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri çalışıb. İntiqam Babayev bu vəzifəyə 2022-ci ilin martında təyin olunmuşdu. O, 2000-ci ildən 2021-ci ilin noyabrına qədər gənclər və idman nazirinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, İ.Babayev 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb. 1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Tribuna.az