AVROPA ÜÇÜN BU QIŞ ÇƏTİN OLACAQ – EKSPERTİN PROQNOZU

AVROPA ÜÇÜN BU QIŞ ÇƏTİN OLACAQ – EKSPERTİN PROQNOZU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Avropaya təbii qaz nəqlinə məhdudiyyət qoyması ilə Avropada təbii qazın qiyməti 30 faizə qədər artıb.
Rusiyanın təbii qaza qoyduğu məhdudiyyətdən narahat olan Avropa ölkələri Türkiyədən kömür istəyirlər. Lakin kömür istehsalçıları çatışmazlıq səbəbindən mallarını daxili bazara çıxarmağa üstünlük verirlər.
Görünür, Avropa üçün bu qış çətin olacaq. Mövzu ilə bağlı TİA. Az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov deyib ki, Avropada kömür mədənlərinin işə salınması aktuallaşıb, kömür idxalı ilə bağlı olan məsələlər müzakirəyə çıxarılır. Onun sözlərinə görə, bütün bunlar Avropanın enerji siyasətinin iflasa uğramasının açıq göstəricisidir:

“Qazdan imtina etmək barədə çoxlu bəyanat verən Avropa rəsmiləri indi hətta qazdan ekoloji baxımdan xeyli dərəcədə zərərli olan kömürə üz tutmaqdadırlar. Bütün bunlar Avropanın enerji siyasətinin iflasa uğramasının açıq göstəricisidir. ” Yaxın aylarda Avropa soyuqdan öləcək” demək fikrimcə, düz deyil. Əsasən sosial sahələrdə enerji tələbatının ödənilməsində ciddi problemlər yaxın aylarda olmayacaq. Amma Avropa iqtisadiyyatın çox ciddi problemlərlə üzləşməsi qaçılmazdır. İstər Asiyanın istərsə də Amerikanın burda çox böyük rəqabət üstünlükləri əldə edəcəyini proqnozlaşdırmaq olar. Böyük ehtimalla Avropa İttifaqının bütövlükdə gələcəyi ilə bağlı böyük suallar yaranacaq. Ən azından Avropa iqtisadiyyatının ciddi problemlərlə üzləşəcəyi qaçılmazdır. Bu, həm sosial həm siyasi müstəvidə, zənnimcə, problemlərin yaranmasına şərait formalaşdıracaq. Vəziyyətdən qısa və ortamüddətli perspektivdə çıxış yolu görünmür, çünki alternativ generasiya fasiləsiz hesab oluna bilməz. Digər tərəfdən bununla bağlı elə də böyük güclər yoxdur. Hətta iqlim şəraitinin münbit olduğu halda belə Avropanın real sektorunun sistemli şəkildə rəqabət qabiliyyətliliyinin təmin edilməsinə kifayət edəcək alternativ generasiyanın yaxın onillikdə proqnozlaşdırmaq çətindir. Ona görə də, Avropanın enerji siyasətindəki boşluqlar bu qitənin iqtisadi, siyasi, sosial problemlərinin dərinləşməsinə şərait yaradır”.

Aytac

TİA. Az