ATƏŞKƏS İŞƏ YARAMAYACAQ… RUSİYA-UKRAYNA MÜHARİBƏSİ KƏSKİNLƏŞİR…

ATƏŞKƏS İŞƏ YARAMAYACAQ… RUSİYA-UKRAYNA MÜHARİBƏSİ KƏSKİNLƏŞİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın birtərəfli şəkildə atəşkəs elan etməsi, əlavə qüvvələrini səfərbər edərək yeni hücumlara hazırlaşması deməkdir. Ukraynanın əks-hücumları və təşəbbüsü ələ alması fonunda belə bir atəşkəs Ukraynanın maraqlarına cavab vermir. Atəşkəs yalnız Rusiya ordusunun Ukrayna ərazilərindən qrafiklə çıxması fonunda Kiyevin maraqlarina cavab verir.

Tribuna.az bildirir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, V. Putinin R. Tayyib Ərdoğandan xahişi belə bir situasiyanı yaratdı:

“Son günlər Ukraynanın ciddi hücumları V. Putini atəşkəsə getməyə məcbur edib. Bu, Rusiyanın məğlubiyyətidir.
Rusiyanın təklif etdiyi şərtlər fonunda atəşkəs real görünmür. Ümumiyyətlə, Vaşinqton da atəşkəsi qəbul etməyəcək. Aktiv döyüş əməliyyatları yenidən daha da kəskin şəkildə davam edəcək”.

Tribuna.az