“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
Tribuna.az bildirir ki, bu barədə “APA-Economics”ə sığorta şirkətindən bildirilib. Məlumata görə, bu vəzifəyə sığorta şirkətinin keçmiş sədri Azər Əliyev şirkətdən ayrıldıqdan sonra onu müvəqqəti əvəz edən İH-nin üzvü Tahir Kazımov təyin edilib. Qeyd edək ki, o 1998-ci ildən “Atəşgah Sığorta”da çalışır. Bu ilin yanvar ayından etibarən İdarə Heyəti sədrini müvəqqəti əvəz edib.
Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.









