“Tik Tok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb.
Belə ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “Tik Tok” proqramı vasitəsilə satmağa imkan verəcək yeni funksiyanı sınaqdan keçirmək üçün müraciət edib.
Tezliklə digər məşhur beynəlxalq şirkətlərin də bu funksiyaya qoşulmağı planlaşdırdığı qeyd edilir.









