“Arman Dikiy”in həbs müddəti uzadıldı

“Arman Dikiy”in həbs müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumageldiyevin həbs müddəti uzadılıb.

“Qafqazinfo” “Tengrinews.kz” portalına istinadən xəbər verir ki, kriminal avtoritetin həbs müddəti cari ilin martın 7-nə qədər uzadılıb.

Xatırladaq ki, Cumageldiyev ötən il yanvarın 7-si Qazaxıstanın Almatı şəhərində xüsusi əməliyyat nəticəsində saxlanılıb. Bu zaman onunla yanaşı 5 nəfərdən ibarət cinayətkar qruplaşmanın üzvləri də saxlanılıb. Onun yanvar iğtişaşları zamanı Qazaxıstana getdiyi, burada sözügedən qruplaşma ilə Almatı sakinlərini qaçıraraq zorakılığa məruz qoyduqları barədə məlumat yayılıb.