Arılar 400 baş qoyunu öldürdü – Foto

Arılar 400 baş qoyunu öldürdü – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Iğdır vilayətində qeyri-adi və faciəvi hadisə baş verib.

Tribuna.az xəbər verir ki, Iğdırda yaylağa aparılan qoyun sürüsü arıların hücumuna məruz qalıb.

Hadisə nəticəsində təxminən 400 qoyun tələf olub, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata görə, çobanlar sürünü yüksək dağlıq əraziyə apararkən ərazidə yerləşən vəhşi arı yuvaları qəfil aktivləşib. Arıların kütləvi hücumu həm heyvanlar, həm də insanlarda ciddi panikaya səbəb olub.

Nəticədə sürünün böyük hissəsi arı sancmalarından məhv olub.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.

Yaralanan şəxslərə ilkin tibbi yardım göstərilib, onların vəziyyətinin stabil olduğu bildirilir.

Mütəxəssislər qeyd edir ki, yay aylarında temperaturun artması və təbiətdə insan fəaliyyətinin çoxalması vəhşi arıların aqressivliyini artırır. Bu səbəbdən xüsusilə yayla və meşəlik ərazilərdə heyvandarlıqla məşğul olan şəxslərə ehtiyatlı olmaq tövsiyə edilir.
Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.

Gülşən Rəsul