Keçmiş diplomat və siyasi analitik Kuruş Əhmədi İranın Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı müzakirələri tənqid edib.
Tribuna.az xəbər verir ki, o, Xəzərin adının dəyişdirilməsi təşəbbüsü rəsmi qurumlarla razılaşdırılmadan həyata keçirildiyi təqdirdə çaşqınlıq və əlavə mübahisələrə səbəb olacağını bildirib.
Əhmədi hesab edir ki, İranın Fars körfəzinin tarixi adının qorunması ilə bağlı mövqeyi nəzərə alınarsa, Xəzərin adını dəyişdirmək təşəbbüsü də ölkə üçün arzuolunmaz mübahisələr yarada bilər. “Yeni adın tətbiqi daxildə fikir ayrılıqlarına səbəb olmaqla yanaşı, diplomatik çətinliklər də yarada bilər”.
Qeyd edək ki, İran dövlət televiziyasında bir müddətdir Xəzər dənizi adının dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Hətta yerli telekanallar dənizin adını olduğu kimi deyil, gah “Mazandaran”, gah da “Caspian” olaraq səsləndirirlər.
Fərda Uğur









