Son günlər Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr intensivləşməyə başlayıb.
Tribuna.az xəbər verir ki, buna səbəb Ermənistan və ABŞ araasında TRİPP layihəsi ilə bağlı imzalanmış sazişin ratifikasiya prosesinə təqdim edilməsidir.
Belə ki, Ermənistan parlamenti oktyabrın 27-də bu sazişi müzakirəyə çıxararaq, təsdiqləməlidir.
“Haystan” blokundan olan deputat Kristin Vardanyan bildirib ki, İrəvan hpökuməti Bakının daha bir tələbini yerinə yetirib. “Azərbaycan iki tələb irəli sürdü: maneəsiz keçid və ermənilərin üzünü görməmək. Bu layihə ilə siz isə hər ikisini yerinə yetirdiniz”.
Fərda Uğur









