Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhərində 2026-cı ildə aparılacaq abadlıq işləri ilə bağlı tender keçirib.
Tribuna.az xəbər verir ki, tenderin nəticəsi bu gün məlum olub.
Məlumatda deyilir ki, tenderin qalibi “AZƏRTRANSS” MMC olub. Şirkət bir sıra abadlıq işləri üçün İcra Hakimiyyətindən 556 min 306 manat ödəniş alacaq.
Xatırladaq ki, “Azərtranss” şirkəti Qazax İcra Hakimiyyəti ilə son bir ildə 6 tender anlaşması olub.
Fərda Uğur









