Bir milyon manatı “Topaz”da uduzub – Cinayət işinin detalları

Bir milyon manatı “Topaz”da uduzub – Cinayət işinin detalları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazə alınmasını istəyən Araz İsgəndərov adlı şəxs dələduzluğun qurbanı olub.

Tribuna.az xəbər verir ki,  Xitab24.az-ın əldə etdiyi məlumata görə, o, icazəni alacağına dair onu inandıran şəxsə 1 milyon manat verib.

Həmin icazənin alınmasına Masazır qəsəbəsi və Quba rayonu ərazilərində yerləşən torpaq sahələri də daxil olub. Lakin özünü etibarlı şəxs kimi təqdim edən Ruslan Quliyev (soyad şərtidir) verdiyi sözə əməl etməyib, aldığı bir milyon manatı “Topaz”da uduzub.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi açılıb. İş materiallarında yer alan ifadələrdən aydın olur ki, Ruslan oynadığı mərc kuponlarının dəyəri 3, 5, 10 min manat aralığında olub.

Ruslanın törətdiyi əmələ Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə R.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilsə də, onun cəzası 3 illik şərti hesab olunub. Belə hökmün çıxarılmasından tərəflər arasında barışığın əldə olunması, Ruslanın dəymiş ziyanı tam ödəməsi rol oynayıb.