Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatına start verilib

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatına start verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 22 oktyabr 2026-cı il tarixində Bakıda “Climb Baku” İdman Dırmanma Mərkəzində idman dırmanması üzrə Azərbaycan çempionatının açılışı olub.

Tribuna.az xəbər verir ki,  açılış mərasimində çıxış edən Azərbaycan Alpinizm Federasiyasının prezidenti Ağakərim Səmədzadə idman dırmanmasının beynəlxalq səviyyədə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın bu idman növündə əsas hədəfinin beynəlxalq yarışlarda uğur qazanan idmançılar yetişdirmək olduğunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, çempionatda 16 yaş və yuxarı qadın və kişi idmançılar çətinlik və bouldering növləri üzrə mübarizə aparırlar. Yarışın ilk iki günündə, oktyabrın 22-23-də idmançılar çətinlik, oktyabrın 24-25-də isə bouldering növü üzrə təsnifat və final mərhələlərində yarışacaqlar.

Çempionat oktyabrın 25-də qaliblərin mükafatlandırılması və rəsmi bağlanış mərasimi ilə yekunlaşacaq.