“İran üçün təhdid yaradır” uydurması: Movəhhediyan yenə şərbazlıq etdi

“İran üçün təhdid yaradır” uydurması: Movəhhediyan yenə şərbazlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qatı anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst iranlı siyasi şərhçi Ehsan Movəhhediyan yenidən Azərbaycan əleyhinə açıqlamalar verib.

Tribuna.az xəbər verir ki, o,  “İran Diplomatiyası” nəşrinə müsahibəsində rəsmi Bakıya böhtan atmaqdan da çəkinməyib.

Movəhhediyan deyib ki, guya, Azərbaycan hakimiyyəti ölkənin milli kimliyini dəyişdirməklə yanaşı, şiə dini ənənələrini də zəiflədir. Onun iddiasına görə, Azərbaycan iqtidarının siyasəti guya, İranın milli təhlükəsizliyi üçün təhdiddir. “Buna görə də, Tehranı Bakıya qarşı daha fəal strategiya yürütməlidir”.

İranlı şərbaz daha sonra bildirib ki, bu proseslər gələcəkdə İranın Qafqazdakı təsirini zəiflədə, İranın şimal-qərbində etnik gərginliyi artıra və iki ölkə arasında təhlükəsizlik problemləri yarada bilər.  “İran Türkiyə və Rusiya ilə diplomatik əməkdaşlığı genişləndirməli, eləcə də Bakıya qarşı siyasi təzyiq imkanlarını artırmalıdır”.

P.S. Bu adam özünü hər nə qədər “ekspert” hesab etsə də, qandığı qrafa belə yoxdur. Movəhhediyan hələ də qanmır ki, Azərbaycan müstəqil dövlətdir və qərarlarını da öz maraqlarına uyğyn şəkildə müstəqil şəkildə verir. Bundan başqa, rəsmi Bakının atdığı addımlar heç vaxt başqa ölkələrə qarşı olmayıb. Bu son 35 illik müstəqillik tariximizdə dəmir kimi təsdiq olunmuş faktdır. Əgər Azərbaycan İrana qarşı təhdid siyasəti yürütsəydi, zamanında sanksiyaları nəzərə alıb, əlaqələrini kəsərdi. Və ya nüvə silahı məsələsində zamanında rəsmi Tehranı dəstəkləməzdi.

Görünən isə odur ki, Tehrandakı mollalar başları ilə yox, dabanları ilə düşünürlər. Üstəlik, Azərbaycanla daha yaxşı əməkdaşlıq edərək, fayda qazanmaq yerinə, gedib, düşmənlərlə bir süfrədə çörək kəsirlər.

Fərda Uğur