“Paşinyan və Əliyev arasında son görüşdən sonra hökumət yeni konstitusiya üzərində işi gücləndirib. Azərbaycan seçkilərdən sonra bu məsələnin “yerində saymasından” narazıdır”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə İrəvanda nəşr olunan “Hraparak” qəzeti çıxış edib.
Nəşr yazıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiya məsələsində aşağıdakı yol xəritəsi ilə irəliləməyə qərar verib: “Birincisi, cəmiyyətin müxalifət təbəqəsini inandırmaq və sübut etmək ki, bu dəyişiklik həqiqətən ölkənin çiçəklənməsi və inkişafı üçün zəruridir. İkincisi isə lazım olarsa, ümxalifətdən olan deputatları öz tərəflərinə çəkməyin zərurliyidir”.
Fərda Uğur









