Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Tribuna.az xəbər verir ki, icra başçısı təyin edilən Orxan Məmmədov 1989-cu ildə Bakıda anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Dövlət Universitetində və Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
O, 2025-ci ilin martından Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Gülşən Rəsul









