“ARAZ” MARKET BOYAT ÇÖRƏYİ İSİDİB YENİ ÇÖRƏK ADI İLƏ SATIR…

“ARAZ” MARKET BOYAT ÇÖRƏYİ İSİDİB YENİ ÇÖRƏK ADI İLƏ SATIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki aydır “Araz” super marketə, əməkdaşlarına başa sala bilmədim ki, axşamdan qalan çörəyi təndirə atıb təzə, isti adı ilə rəfə düzməyin. İki nəfər aldana bilər, uzağı üç nəfər…

Tribuna.az-ın məlumatına görə, bu barədə vətəndaş Aytən Səfərəliyeva yazıb. O bildirib ki, alıcının xəbəri olmasa ona ancaq axşamdanqalma çörəkləri isidib yeni adı ilə satarlar:

“Hər dəfə özlərinə bildirirəm bunu. Hər dəfə də üzr istəyirlər. Əvvəl hər gün edirdilər. İndi bir gün edib , iki gün etmirlər. Ya da iki gün edib, 3 gün dincə qoyurlar sistemi və nəticə odur ki, etməmək üçün yox, başqa hansı formada aldatmaq üçün baş sındırırlar”.