ARAİK XANKƏNDİYƏ BU YOLLA GEDİB – POLKOVNİK XƏRİTƏNİ AÇIQLADI…

ARAİK XANKƏNDİYƏ BU YOLLA GEDİB – POLKOVNİK XƏRİTƏNİ AÇIQLADI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsi iştirakçısı, 1992-ci ilin mayında Şuşanın işğalı zamanı kəşfiyyat tağımının komandiri olmuş, ehtiyatda olan polkovnik Azay Kərimov özünün “Facebook” səhifəsində bu məsələyə aydınlıq gətirib.

Tribuna.az-ın məlumatına görə, o bildirib ki, Xankəndinin arxa tərəfindən Kərcicahan kəndinə çıxan avtomobil yolu 1 kilometrdən sonra Xəlifəliyə, oradan Şirlan kəndinə gəlir:

“Şirlan kəndindən çıxan yol iki hissəyə ayrılır: sağ yol Laçının Arduşlu və Minkənd kəndlərinə, sol yol isə Fingə kəndinə, 500 metrdən sonra Xankəndi-Laçın yoluna – şüşə kimi asfalta çıxır. Yəni bu yol Turşsu kəndinin alt hissəsinə, hazırda azərbaycanlı fəalların etiraz aksiyası keçirdiyi yerdən 60 km. arxa istiqamətə çıxır. Həmin yolla isə heç bir maneə olmadan İrəvana getmək mümkündür.

Adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və hazırda orada heç kəs yaşamır”.

A.Kərimov qeyd edib ki, Qarabağ separatçılarının “rəhbəri” Arayik Arutyunyan və başqaları Xankəndiyə bu yolla gedib-gələ bilərlər. Onun sözlərinə görə, Azərbaycanlı ekofəalların dayandığı yerdən Xankəndiyə təxminən 15 km-dir:

“Sözgüdən yol işlək vəziyyətdədir, TIR və digər uzun maşınlar hərəkət edə bilməsə də, URAL, ZİL maşınları ücün tam uyğundur. UAZ, Jeep, NİVA kimi minik maşınları isə bu yolla yüksək surətlə hərəkət edə bilirlər”.

Nigar