ARAİK VƏ DƏSTƏSİ TOPLAŞDI, VARDANYAN GÖRÜNMƏDİ – FOTO

ARAİK VƏ DƏSTƏSİ TOPLAŞDI, VARDANYAN GÖRÜNMƏDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 9-da İsa Məsihin Müqəddəs Dirilməsi bayramı münasibətilə Xankəndidəki ən Müqəddəs Teotokosun Şəfaət Katedralində oyuncaq rejimin quldurbaşı Arayik Arutyunyan liturgiyada (ictimai ibadət mərasimi) iştirak edib.

Tribuna.az xəbər verir ki, ictimai ibadət mərasimində separatçı administrasiyanın ikinci və üçüncü “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan, o cümlədən “qanunvericilik” və “icra hakimiyyəti” orqanlarının nümayəndələri də iştirak ediblər. Lakin fotodan da göründüyü kimi, mərasimdə dələduz erməni oliqarxı, Azərbaycanın tələbi nəticəsində “dövlət naziri” işini itirmiş Ruben Vardanyan isə gözə dəyməyib. Erməni bloger Roman Baqdasaryan onun Qarabağı səhhətində problemin olması ilə adı ilə tərk etdiyini açıqlamışdı. Özü isə bu günlərdə verdiyi müsahibəsində yenə avantürüst çıxış edərək çərənləmiş, Azərbaycana tabe olmamaqdan dəm vurmuşdu. Ancaq işini itirmiş Vardanyan hətta dini mərasimdə belə separatçı rejimin başçıları sırasında yer almayıb.