Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Arutyunyan bir sıra fərmanlar imzalayıb.
Tribuna.az erməni KIV-lərinə istinadən xəbər verir ki, Hunan Hayrumyan başqa işə keçməsi ilə əlaqədar Qondarma Dağlıq Qarabağ Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsindən azad edilib.
Vahram Poqosyan isə öz bəyanatına uyğun olaraq Qondarma Dağlıq Qarabağ Respublikası Prezidentinin Aparatının Baş İnformasiya İdarəsinin rəisi – Prezident Aparatı rəhbərinin müavini vəzifəsindən azad edilib.









