ARAİK PUTİNƏ ÜZ TUTDU: SÜLHMƏRAMLI AİLƏLƏRİ XANKƏNDİYƏ KÖÇÜRÜLSÜN – ŞOK DONBAS SSENARİSİ…

ARAİK PUTİNƏ ÜZ TUTDU: SÜLHMƏRAMLI AİLƏLƏRİ XANKƏNDİYƏ KÖÇÜRÜLSÜN – ŞOK DONBAS SSENARİSİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda yuva salan terrorçu rejimin başçısı Araik Harutyunyan Rusiyaya müraciət edib ki, sülhməramlıların ailələrinin bölgəyə köçürülməsinə şərait yaradılsın.

Tribuna.az-a müraciəti şərh edən ekspert Ramiyə Məmmədova deyir ki, məqsəd Qarabağın yuxarı hissəsində əhali sayını artırmaq, burada rusların kompakt yaşadığı təsəvvürü yaratmaqdır. Ekspert hesab edir ki, bu Kremlin ssenarisidir:

“Məqsəd bölgəni Donbasa çevirməkdir. Qarabağda rus icması yaratmaq, rus mərkəzi açmaq, Xocalıda provaslav kilsəsi tikmək, rus ədiblərinə abidə qoymaq təsadüfi deyil. Təbii ki, Moskva gələcək üçün zəmin hazırlayır. Sülhməramlı ailələri də bölgəyə yerləşsə, gələcəkdə sayları artsa, Rusiya günün birində deyə bilər ki, bu ərazi bizimdir, yaxud da buradakı rus əhalisini müdafiə edirik. Onlar da saxta referendum keçirib Rusiyaya birləşmək qərarı verə bilər. Necə ki, Luqansk və Donetskdə ediblər. Xankəndidə son mitinq də buna işarə idi. Ona görə addımlarımızı gücləndirməli, tələbləri sərt qoymalıyıq”.

Nigar

Tribuna.az