ARAİK MƏYUSDUR VƏ BEYNƏLXALQ ALƏMİ QINAYIR: “SUSURLAR, TAB GƏTİRİN…”

ARAİK MƏYUSDUR VƏ BEYNƏLXALQ ALƏMİ QINAYIR: “SUSURLAR, TAB GƏTİRİN…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə yuva salmış terrorçu rejimin başçısı Araik Aryutunyan yenə çərənləyib. Tribuna.az bildirir ki, saxta qurumun rəhbəri beynəlxalq aləmi bölgənin “blokada”da olmasına susqunluq nümayiş etdirməkdə günahlandırıb. Onun sözlərinə görə, 120 gündür ki, mənasız bəyanatlar verilir və buna baxmayaraq, “artsax” “mübarizə” aparır. Oyuncaq rejimin quldurbaşı deyib ki, üzərimizə qoyulan bu reallıq daim məyus edir, eyni zamanda xalqımızı daha da gücləndirir: “Mən mütəmadi olaraq Erməni Apostol Kilsəsinin Artsax yeparxiyasının rəhbəri yepiskop Vrtanes Abramyanla vəziyyət barədə danışıram. Və dünənki söhbətimiz zamanı onun təklifi ilə çoxəsrlik ziyarət yerlərimizə, Amaras, Qandzasar və Hakobavank monastır komplekslərinə sərbəst gediş-gəlişin bərpası barədə qərar qəbul edildi. Bu çətin sınağa tab gətirin”.

Tribuna.az