Baş terrorçu Arayik Arutyunyanın general-mayor Ararat Melkumyanı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” vəzifəsindən azad edilərək “milli təhlükəsizlik xidmətinin direktoru” təyin edilib. Tribuna.az yazır ki. Samvel Şahramanyan isə “təhlükəsizlik şurası katibinin müavini” vəzifəsindən azad edilərək, “təhlükəsizlik şurasının katibi” təyin edilib. Buna qədər Balasanyan həmin postu tuturdu. Cəmi bir neçə gün sonra Melkumyan da işini itirdi.
İstisna deyil ki, Arutyunyan “təhlükəsizlik” sahəsindəki kadrları yeniləməklə onun “başını yemək” üçün Xankəndiyə gəlmiş Ruben Vardanyanla mübarizədə yerini möhkəmləndirmək istəyir.
Tribuna.az









