Müştəri Həmid Əliyev ” Boranı” restoranının Neftçilər fililandan şikayətçidir.
Tribuna.az yazır ki, bu barədə özü yazıb:
“Mütəmadi olaraq gedib yediyimiz künəfə üçün yenidən getmişdik. Ofisiant yanında qaymaq olsun ya dondurma (əlavə ödənişlə) olsun deyə soruşdu, həmişə dondurma ilə yemişəm deyə dondurma dedim bu dəfə də və bir dənə əlavə də hazırlasınlar (künəfə, qaymaqla) özümlə apracağımı qeyd etdim. Nəhayət sifarişlərim çox keçmədən gəldi. Dondurma dedikləri bir şey tam tamına qaymaq dadı verirdi. Adminstratoru çağırdım, dedim bu qaymaqdı. Mənə tərəddüd edərək bildirdilər ki, xeyr bu dondurmadı. Dedim yaxşı, o zaman mənə bir dənə qaymaq gətirin müqayisə edim. Soyuducuda ağzı açıq qalmış üstü saralmış bir qaymaq gətirdilər. Dadına baxıb dedim ki, yox fərqli şeylərdi düzdü, amma bu verdiyiniz dondurma deyil. Üzbəüzdə də bir kostyumlu oğlan oturub. Heç dəxlisi olmayan bir insan idi mənimçün, üzümə baxa-baxa rişxəndlə gülümsəyərək “noooldu?” ifadəsi ilə fərqlidi hə? sual verib bir növ müştərini haqsız çıxarmağa çalışdı.
Nəysə sakit durdum, bu “dondurma” adı ilə verdikləri qaymağı stəkanın yanına qoyuram 20-30 qramlıq bir şey idi, lakin isti dəysə belə ərimək bilmirdi bu “Boranı”nın dondurma adı ilə caamata satdığı qaymaq”.
Şikayətçi bildirib ki, əlavə olaraq verdiyi sifarişin yanında da turşumuş qaymaq qoyublar:
“Aparmaq üçün sifariş verdiyim Künəfəni (yanında qaymaq) gətirin, dedim. Nə gətirsələr yaxşıdı? Xarab bir dənə qaymaq, turşumuş. Öz ofisiantları yeyib, üz mimikasından hiss olunudu, artıq dadını şərh etməyə ehtiyac belə qalmadı. Nəysə, bu qaymağı götürüb aşağı düşdü. Mən də dalınca getdim və mənə başqa qabdan olan bir qaymağı verib dedilər bu eynidi?! Özləri də çaş baş qalıb, bayaq ki, məni səhv çıxarmağa calışan “adminstrator” səhvini başa düşüb, üzr istədi. Və mən soruşanda üzbəüzmdə oturam o kostyumlu oğlan kim idi? “Müdirimiz”di dedi və onun da yerinə üzr istədi. AQTA və Vergilər Nazirliyinə şikayət edib bu halın araşdırmasını tələb edəcəm. Müştərilərə evdə kustar üsulla hazırlanan məhsullar verdiklərinə və Post Terminal “işləmir” deyib, vergidən yayınıb hələ üstəgəl “gedin metronun üstündə ATM var oradanan çıxardıb gəlin” dediklərinə görə”.
Şikayətçi son olaraq əlavə edib ki, ora getmək istəsəniz bir daha düşünün.











