AQTA işçilərinə geyim alır: hər birindən 222 ədəd

AQTA işçilərinə geyim alır: hər birindən 222 ədəd 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) növbəti tenderinə yekun vurub. Tribuna.az xəbər verir ki, qurum işçilərinə müxtəlif çeşid geyim almağı qərarlaşdırıb.
Məlumata görə, AQTA pencək, qısaqol və uzunqol, habelə kepka, corab və digər geyim növlərinin hər birindən 222 ədəd sifariş edib. Vahid geyim formasını təmin edən şirkət isə “TEYMUR COLLECTION” MMC olacaq. Belə ki, MMC tenderin qalibi olub.
Qeyd edək ki, “TEYMUR COLLECTION” MMC AQTA-nın sifarişini yerinə yetirmək üçün 335 min 913 manat ödəniş alacaq.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “TEYMUR COLLECTION” MMC 2024-2026-cı illərdə toplam 8 tenderin qalibi olub.

Bu tenderlərdən 4-ü Dövlət Gömrük Komitəsinin keçirdiyi müsabiqələr olub. Bundan başqa, şirkət bəzi İcra Hakimiyyətləri, FHN və DSX-nın da tenderlərində qalib olub.
Bildirək ki, sözüegedən şirkət 27 sentyabr 2021-ci ildə təsis edilib. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, ev 728-da yerləşir. Əsas fəaliyyət sahəsi tekstil, xüsusi və korporativ geyim formalarının istehsalından ibarətdir. Qanuni təmsilçi isə Teymur Rizvan oğlu Məmmədovdur.

Fərda Uğur