AQŞİN YENİSEY: BUNU ETSƏK, DÜNYA SALACAQ BİZİ ŞİLLƏ-TƏPİK ALTINA…

AQŞİN YENİSEY: BUNU ETSƏK, DÜNYA SALACAQ BİZİ ŞİLLƏ-TƏPİK ALTINA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şair Aqşin Yenisey güney mövzusunda maraqlı fikirlər səsləndirib. Tribuna.az bildirir ki, yazar Təbriz məsələsini fərqləndirib. “Dostumuz Elmar Şahmar soruşur ki, Təbriz-Təbriz deyiriksə, onda gərək Qars, Borçalı, Dərbənd də deməyəkmi?
Niyə Təbriz? Təbriz varisi olduğumuz imperiyaların (Ağqoyunluların, Qaraqoyunluların, Səfəvilərin, Qacarların) paytaxtı olub. II Dünya müharibəsi sonucu Almaniya parçalananda Şərqi Almaniyanın paytaxtı Şərqi Berlin oldu, Qərbi Almaniyanın paytaxtı Bonn şəhəri. “Berlin divarları” yıxılan kimi hər iki tərəf özlərinin tarixi paytaxtına qayıtdılar – Berlinə!
Biz Təbriz deməklə tarixi paytaxtımızın davasını edirik, bu, torpaq davası deyil. Qarsı, Borçalını, Dərbəndi, yaxud Əfqanıstanın, İraqın azərbaycanlılar, türklər yaşayan əyalətlərini geri istəsək bu olacaq torpaq davası. Və dünya bizi salacaq şillə-təpiyin altına”.