AQRAR SIĞORTA FONDU FERMERLƏRİN SIĞORTA HAQQINI MƏNİMSƏDİ – ŞİKAYƏT

AQRAR SIĞORTA FONDU FERMERLƏRİN SIĞORTA HAQQINI MƏNİMSƏDİ – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənab Prezident, yazıb Sizə bildrimək istəyirəm ki, biz aqrar təsəsrrüfat fermerləri həmişə çalışmışıq ki, ölkəmizdə ərzaq bolluğu yaratmaq üçün taxıl istehsalı ilə məşğul olaq. Mənim ailəmə torpaq islahatı zamanı kəndimizin ərazisindən 21 ha sənədlə pay torpaq mülkiyyətimizə verilib. Və hər ili də burada taxıl əkib, dövlətdən subsidiya almışıq. Bu il, 2022-ci ilin yazında KTN-yi yanında Aqrar Sığorta Fondunun əməkdaşları sahəmizdə bizə yaxınlaşdılar ki, bəs əkdiyiniz taxılı məcburi sığorta etməlisiniz. Əks təqdirdə, sizə subsidiya yazılmayacaq. Biz razılaşdıq. Mən 15 ha əkdiyim taxıl üçün sığrtaya ödəniş etdim ( Kapital bank vasitəsilə).

Bu sözlərlə Tribuna.az-a fermer Becan Lətifov müraciət edib. O bildirib ki, Aqrar Sığorta Fondu tərəfindən onlara heç bir sığorta müqaviləsi təqdim etməyib:

“Bu ilin martın axırı, aprelin əvvəlində ümumi sahəmizdə güclü fırtınalar oldu. Nəticədə fırtına toxum qarışıq məhsulu apardı və sahəni pis günə qoydu. O cümlədən qonşuluqdakı bütün taxıl sahələrinə də təbii fəlakət nəticəsində ziyan dəyib. Aqrar Sığorta Fondunun komissiyasının 1-ci dəstəsi aprelin əvvəlində sahələrə baxış keçirdilər və fəlakəti olduğu kimi aktlaşdırdılar. Sonra nə fikirləşdilərsə, 2-ci dəstə komissiya bu ilin may ayında gəlib yenidən sahələrə baxış keçirdi və yenidən aktlaşdırdılar. Lakin bu dəfə komissiya əvvəlki komisiyadan fərqli olaraq taxılımıza guya quraq nəticəsində ziyan dəyməsini aktlaşdırdı. ASF-du qonşularımızın şikayətlərindən sonra onların sahələri üçün 100 % sığorta ödənişi etsə də bizə 15 ha-dan cəmi 2 ha ziyan dəyməsini sənədləşdirdilər. Qalan 13 ha bizlik deyil dedilər. Biz də 2 ha-ın sığortasını almaqdan imtina etdik. Halbuki hamı bilir ki, mən cəmi 15 ha-ın biçilməsi üçün kombayn salmadım. Çünki əhəmiyyətsiz idi. Bunu komisiya da görmüşdü. Həmkəndlilərim isə narazı qalıb prokurorluğa şikayət edən kimi dərhal sığorta onların hamısının pulunu ödədi. Lakin mən məsələni soruşanda cavab verdilər ki, get məhkəməyə müraciət et. Guya fırtına mənim ortalıqda olan taxıl zəmimə hörmət əlaməti olaraq “DƏYMƏYİB”, yazığı gəlibmiş. Axı bu fermerlər arasında ayrısekçilikdir. Bununla ASF-rəhbərliyi bizə qarşı korrupsiya əməli törədir, süi-istifadə edib bizə qanunla düşən sığorta haqqını özləri mənimsəyirlər. Sahəmizə ikinci dəfə komissiya göndərib, əvvəl yazdıqları aktı dəyişib sənəd saxtakarlığı edirlər”.

Fermer probleminin həlli üçün kömeək istəyir:

“Cənab Prezident, cənab nazir İnam Kərimov və cənab Taleh Kazımov! Sizlərdən çox xahiş edirəm ki, biz müflis vəziyyətinə düşmüş fermerlərin haqqı olan sığorta ödənişinin həyata keçirilməsinə göstəriş verin ki, biz də indiki əkinimizi davam etdirək”.

Nigar

Tribuna.az