ANKARADA KRİTİK GÖRÜŞ…  İKİ ÖLKƏ “QOVUŞMA DƏHLİZİ”NƏ GÖRƏ BİR ARAYA GƏLDİ…

ANKARADA KRİTİK GÖRÜŞ… İKİ ÖLKƏ “QOVUŞMA DƏHLİZİ”NƏ GÖRƏ BİR ARAYA GƏLDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Rusiya arasında qovuşma dəhlizinin yaradılması məqsədilə Ankarada Türkiyə Ombudsmanı Şərəf Malkoçun sədrliyi ilə iki ölkənin ombudsmanları arasında görüş keçirilib.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ombudsman Qurumunun Ankaradakı bir oteldə təşkil etdiyi “21-ci əsrdə İnsan Haqlarının Gələcəyi” konfransında müharibə səbəbindən ayrı düşən ukraynalı və rusiyalıların ailələrinə qovuşması üçün təşkil edilən qovuşma dəhlizi ələ alınıb.

Türkiyənin İnsan Hüquqları üzrə Müvəkkili və Baş Ombudsmanı Şərəf Malkoçun sədrliyi ilə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Ali Komissarı Tatyana Moskalkova və Ukrayna Ombudsmanı Dr. Dmitri Lubinets arasında üçtərəfli görüş təxminən bir saat davam edib.

Toplantıya bir müddət Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da daxil olub və son vəziyyətlə bağlı məlumat alıb.

Bağlı qapılar arxasında keçirilən görüşdən sonra heç bir açıqlama verilməsə də, danışıqların gün ərzində və sabah da davam edəcəyi öyrənilib.