Ancelina Coli 20 illik işindən ayrılır

Ancelina Coli 20 illik işindən ayrılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerikalı aktrisa Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri vəzifəsini tərk edəcəyini açıqlayıb.
 

Tribuna.az xəbər verir ki, bununla bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının internet saytında birgə bəyanat yayımlanıb.

Aktrisa, bəyanatda humanitar yardım və insan hüquqları ilə bağlı daha geniş kontekstdə fəaliyyət göstərəcəyi bildirib:
“Mən gələcək illərdə qaçqınlara və digər məcburi köçkünlərə dəstək olmaq üçün əlimdən gələni etməyə davam edəcəyəm”.
Bəyanatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin də açıqlaması qeyd olunub:
“Biz onun illər ərzində xidmətinə, öhdəliyinə görə minnətdarıq. Vəzifəsini dəyişmək qərarını dəstəkləyirəm və əminəm ki, qaçqınlar məsələsi həmişə onun qəlbinin mərkəzində dayanacaq”.
Qeyd edək ki, Coli ilk dəfə 2001-ci ildə BMT-nin Qaçqınlar Agentliyi ilə işləməyə başlayıb və 2012-ci ildə onun xüsusi nümayəndəsi təyin edilib.