AMERİKADAN ŞOK: İRAN ERMƏNİSTANA DRONLAR VERƏCƏK – XAİN PLAN…

AMERİKADAN ŞOK: İRAN ERMƏNİSTANA DRONLAR VERƏCƏK – XAİN PLAN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “Jamestown Foundation” analitik mərkəzi bildirir ki, Türkiyə-Azərbaycan birliyinin güclənməsi və İsrailin Qafqazda artan mövcudluğunun qarşısını almaq üçün İran Ermənistana intiharçı pilotsuz təyyarələr verməyi planlaşdırır.

Tribuna.az-a İranın Ermənistanı silahlandırmasını şərh edən ekspert Ramiyə Məmmədova Tehranın bölgədə müharibə ritorikasını gücləndirdiyini düşünür.


“Jamestown Foundation” bildirir ki, görünür, Bakının barışmazlığına cavab olaraq İran “Qafqaz Sülh Prosesi”ni pozmaq üçün Azərbaycanın rəqibi Ermənistana intiharçı pilotsuz təyyarələr vermək istəyə bilər.
Ekspert isə deyir ki, İran 600 raket artıq Ermənistana hədiyyə edib, davamı istisna deyil: “İran 55 ölkəyə silah verir. Bu sırada Ermənistan da var. Tehran bununla fəxr edir. Onlar bunu hərbi sənayenin inkişafı kimi qələmə verir. Lakin İran rejiminin İrəvanı, erməniləri silahlandırması bölgədə müharibə əhvalını yüksəltməkdir. İran Azərbaycana düşmən olduğunu sübut edib. Bundan sonra regionda daha bir xain düşmən rejim olduğunu bilməliyik. Ermənistan ordusunu dirçəltmək cəhdləri gələcəkdə yeni savaş hazırlığıdır. Eyni zamanda Zəngəzur dəhlizinə müqavimətin bir elementidir. Tehran deyir ki, Azərbaycan İsraildən “Harop” alırsa, biz də erməniyə kamikadze dron verəcəyik”.

Tribuna.az